Azad Rəhimov Bakıya gətirilib? – RƏSMİ AÇIQLAMAbackend

Azad Rəhimov Bakıya gətirilib? - RƏSMİ AÇIQLAMA

Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı bəzi saytlarda yayılan xəbərlərə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova “Facebook” səhifəsində məlumat paylaşıb.

“Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”, – S.Məmmədova belə yazıb.

22:06

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

KONKRET.az-ın məlumatına görə, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı. Qafqazinfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*