Azadlıq metrosunun çıxışında İZDİHAM yaşanır – SƏBƏBbackend

Azadlıq metrosunun çıxışında İZDİHAM yaşanır - SƏBƏB

Paytaxtın Azadlıq metrosu ərazisinin görüntüləri yayılıb.

KONKRET.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, metronun çıxışında yerləşən avtobus dayanacağında sıxlıq yaranıb.

Sıxlığa səbəb Binəqədi, Fatmayı, Mehdiabad kəndlərinə gedən avtobusların hərəkətində gecikmə olub.

Sakinlərin sözlərinə görə, “Baksol” yolunda aparılan təmir işləri Bakıətrafı kəndlər istiqamətində hərəkəti tamamilə iflic edib. Bu isə ictimai nəqliyyatın hərəkətində gecikmələrə gətirib çıxarıb.

Sakinlər qeyd edib ki, onlara alternativ yollardan istifadə etmələri ilə bağlı göstəriş verilsə də, həmin yolların istiqaməti barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*