Azarkeşlər “Qarabağ”ın oyunu üçün bu tarixdə Xankəndiyə aparılacaqbackend

Azarkeşlər “Qarabağ”ın oyunu üçün bu tarixdə Xankəndiyə aparılacaq

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

KONKRET.az Apasport.az-a istinadən xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.

Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil, 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da “Koroğlu” metrostansiyasından Xankəndiyə yola düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*