Azarkeşlərin etdiyini normal qarşılamıram – Emrelibackend

Azarkeşlərin etdiyini normal qarşılamıram - Emreli

Bu, sırf mənə qarşı olan təxribat deyildi.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli deyib.

Varşava təmsilçisinin azarkeşlərinin komanda üzvlərinə hücum çəkməsinə toxunan 25 yaşlı forvard bunu normal qarşılamadığını bildirib:

“Həmin gün oyunu uduzub Varşavaya qayıdanda turnir cədvəlinin sonuncu pilləsində idik. Bu da azarkeşləri qəzəblənirdi. Amma bunu heç cür normal qarşılamıram. Çünki ikinci diviziona düşən komandaları da görümüşük. Heç birinin fanatları belə etməyib”.

Emrelinin sözlərinə görə, Varşavada “Legiya” sevgisi çox böyükdür:

“Bu cür azarkeşlərlə yanaşı, yaxşı tərəfdarlar da var. Onlardan narazı olduğumu desəm, düzgün olmaz. Bu insanların haqqına girə bilmərəm. Lakin bu cür hadisə ürəkaçan deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*