Azərbaycan atçıları yenidən Prezidentə müraciət etdilərbackend

Azərbaycan atçıları yenidən Prezidentə müraciət etdilər

Azərbaycan atçıları ölkədə at yarışlarının bərpa olunması üçün Prezident İlham Əliyevə müraciət ediblər.

KONKRET.az-ın məlumatına görə, müraciətdə atçılar qeyd edirlər ki, artıq xeyli müddətdir ki, onları Binədəki atçılıq mərkəzinə buraxmırlar.

“Hörmətli cənab Prezdentimiz, sizin təşəbbüsünüzlə milli sərvətimiz olan Qarabağ Dilboz atlarımızın yaşaması, sayının artması üçün işğaldan azad olunmuş Ağdamın Eyvazxanbəyli kəndində ücüncü atçılıq zavodunun tikilməsi nəzərdə tutulub. Amma Respublika Atçılıq Federasiyası 25 dekabr 2020-ci ildən biz atçıları təmir adı ilə Binə ippodromundan kənarlaşdırıblar. Cıdırdakı ippodromu bərbad hala salıblar. “Cıdır zolağının” ətrafına 10 minə yaxın yolka ağacları əkiblər ki, bu da yarış meydançasının standartdan kənarlaşmasına gətirib çıxarıb. Atçılıq Federasiyasının bizi Binə ippodromuna buraxmamasının səbəbini hələ də anlaya bilmirik”.

Atçılar onu da qeyd edirlər ki, hazırda dünyanın hər yerində cıdır yarışları keçirilsə də, Azərbaycanda iki ildir ki, bu yarışlar keçirilmir: “Binə ippodromunda iki həftədən bir Belçika, Fransa, Hollandiya və alman atlarının iştirakı ilə konkur yarışlar keçirilir, amma milli sərvətimiz olan Qarabağ Dilboz atları ora buraxılmır.

Azərbaycan atçıları olaraq ümid yerimiz sizsiniz. İnanırıq ki, bizim haqlarımızın qorunması üçün müvafiq gösterişlər verəcəksiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*