Azərbaycan – Belçika oyununun hakimləri açıqlandıbackend

Azərbaycan – Belçika oyununun hakimləri açıqlandı

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçika yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

KONKRET.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Matçı Gerqo Boqar idarə edəcək. Onun köməkçiləri Teodoros Georgi və Balaş Salai olacaqlar. Dördüncü hakim funksiyasını isə Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da “Kral Boduin” stadionunda keçiriləcək Azərbaycan – Belçika qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*