Azərbaycan Bütövlük Platforması 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirdi – FOTObackend

Azərbaycan Bütövlük Platforması 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirdi - FOTO

Azərbaycan Bütövlük Platforması 20 Yanvar hadisələrinin ildönümünə həsr edilmiş “20 Yanvar-qanla yazılan istiqlal tarixi” mövzusunda tədbir keçirib.

KONKRET.az xəbər verir ki, tədbirə bir çox siyasi partiyaların və təşkilatların nümayəndələri qatılıb.

Giriş sözü ilə çıxış edən ABP sədri Bəhram İsmayıl 20 Yanvar gününün tariximizdəki yeri haqda məlumat verib.

Daha sonra 20 Yanvar İctimai Birliyi sədrinin müavini Sahib Əlizadə rus ordusunun 90-cı ildə Bakıda törətdiyi qətliam haqda danışıb.

Azərbaycan Xalq Hərəkatının aparıcı şəxslərindən olan AXP sədri Pənah Hüseyn 20 Yanvar hadisələrinin siyasi aspektləri, bu hadisələrin bütövlükdə sovet imperiyasının dağılmasında rolu haqda çıxış edib.

Sonra çıxış edən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Göyçə-Zəngəzur Türk Cümhuriyyəti adından Rizvan Talıbov, Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa, Milli Hərəkatın öncüllərindən Bünyamin Qənbərli, AMİP Siyasi Şurasının üzvü Teyyib İsmayıl və digərləri çıxış edərək 1990-cı il 20 Yanvar hadisələrinin istiqlal tariximizdəki yeri və rolu haqda danışıblar.

Tədbir tarixçi-alim, professor Boran Əzizin çıxışı ilə başa çatıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*