Azərbaycan çempionatında bu oyunun nəticəsi ləğv edildibackend

Azərbaycan çempionatında bu oyunun nəticəsi ləğv edildi

II Liqanın II turu çərçivəsində baş tutmuş “Ağdaş” – “Baku Sportinq” oyununun (2:4) nəticəsi ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilir ki, görüşün 58-ci dəqiqəsində meydana girən “Baku Sportinq”in 10 nömrəli futbolçusu Elgün Abbaslının adı protokolda olmayıb.

Bu səbəbdən də paytaxt təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə “Baku Sportinq” klubu 400 manat cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*