Azərbaycan çempionatının təxirə salınmış oyunu keçirildibackend

Azərbaycan çempionatının təxirə salınmış oyunu keçirildi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Murov” – UNEC oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb – 25:12, 25:9.

Beləliklə, quru hesablı qələbə qazanan “Murov” xallarının sayını 6-ya çatdırıb. II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

22 yanvar

Yüksək Liqa (qadınlar)

II tur

“Murov” – UNEC 3:0 (25:12, 25:12, 25:9)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*