“Azərbaycan çox güclüdür. Bundan əlavə, Azərbaycan hökumətinin daha səmərəli işləməsi göz qabağındadır”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Qriqoryan deyib.
“Maraqlıdır, niyə belədir? Niyə biz səmərəsizik? Ola bilsin ki, kadr problemi var. Amma gəlin aydın başa düşək ki, Azərbaycanla Ermənistan arasında obyektiv səbəblərdən fərq var, eləcə də təbliğat sahəsində böyük fərq var. Qarşımızda yaranan problemlərlə bağlı məqsədyönlü tədbirlər silsiləsini davam etdirməliyik”, – Qriqoryan qeyd edib.