Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurdularbackend

Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurdular

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.

KONKRET.az xəbər verir ki, turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.

Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*