Azərbaycan daha bir COVID-19 vaksini alacaq – Ramin Bayramlıbackend

Azərbaycan daha bir COVID-19 vaksini alacaq - Ramin Bayramlı

“Azərbaycanda əhalisinin 80 faizinin peyvəndlənməsi hədəflənir və 8 milyon insanı vaksinasiya edəcək 16 milyon doz peyvənd üçün müqavilə imzalanıb”.

KONKRET.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Anadolu Ajansa açıqlamasında deyib.

Ramin Bayramlı Azərbaycanın keçmiş sovet respublikaları arasında peyvəndə tez başlayan ölkələrdən biri olduğunu bildirib:

“Yanvarın 18-dən başlanan peyvəndləmə prosesi uğurla həyata keçirilir. Prezident İlham Əliyev “Sinovac” peyvəndinin Türkiyədəki distributoru, həm də Çin digər istehsalçılar tərəfindən peyvənd tədarükünün təmin edilməsi üçün xüsusi səy göstərdi. Vaksinasiya prosesi Bakının bütün poliklinikalarında və bölgələrdəki 90 mərkəzdə həyata keçirilir. Bu günədək 800 min doza peyvənd tətbiq edilib”.

TƏBİB rəsmisi “Sinovac”dan əlavə, COVID-19 Peyvəndləri Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində “AstraZeneca” və “Pfizer” peyvəndlərinin alınacağını da bildirib:

“Prosesə səhiyyə işçilərinin peyvəndlənməsi ilə başladıq. Daha sonra 65 və 60 yaşlarında olan vətəndaşlar peyvənd vuruldu. İndi 40 yaşın üzərində vətəndaşlar vaksinasiya olunur. Çox sürətlə davam edən proses rəqəmsal olaraq da qeyd olunur. Ölkəmiz ən uğurlu peyvənd tətbiq edən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın vaksinasiya edəcək 16 milyon doz peyvənd üçün müqavilə imzalanıb. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər peyvənd müddətini uğurla başa çatdıracağıq”.

Ramin Bayramlı peyvəndi olanlardan çox az qisminin COVID-19-a yoluxduğunu qeyd edib:

“Bu insanlar xəstəliyi çox yüngül keçirir. Bu qrupda ağır vəziyyətlə qarşılaşmamışıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*