“Azərbaycan danışıqlarda vaxt udmağa çalışırdı və buna nail oldu” – ŞƏRHbackend

“Azərbaycan danışıqlarda vaxt udmağa çalışırdı və buna nail oldu” - ŞƏRH

Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyan “ArmNews” telekanalına eksklüziv müsahibəsində müharibədəki məğlubiyyətdən və mövcud hökumətin danışıqlar prosesindəki uğursuzluqlarından bəhs edib.

KONKRET.az xəbər verir ki, Serj Sarkisyan müxbirə bunları bildirib:

“Bu ağılsız hakimiyyət (Paşinyanı və komandasını nəzərdə tutur – red) qazandıqlarımızdan imtina edib danışıqlar prosesinin tarixini Əliyevdən öyrənməyə başladıqda, mənə aydın oldu ki, artıq müharibəyə və nəticədə məğlubiyyətə gedirik.

Azərbaycan kifayət qədər vaxt qazanmağa çalışırdı və buna nail oldu. Amma bu hakimiyyət nə etdi? Bu dəfə də qazanmaq əvəzinə başqa yol tutdu. Hakimiyyət münaqişəni həll etmək üçün həmsədrlərə yekunda bunları söyləməli idi: “Cənab həmsədrlər, bəli, əvvəlki hakimiyyətlər oğru və quldur idi. Ancaq 2016-cı ildə müharibə və onun ağır nəticələrinə görə bir bəyanat qəbul etdiniz. Xahiş edirəm, gəlin, əvvəlcə həmin bəyanatdan irəli gələn məsələləri həyata keçirək, sonra danışıqlara keçək. Bəs Ermənistanın yeni rəhbərləri bunun əvəzinə nə etdi?

Onlar həmsədrlər və Azərbaycan üçün anlaşılmaz bir şərt qoydular – “Artsax” danışıqlar prosesində tərəf kimi iştirak etməlidir. Guman edirəm ki, indiki hakimiyyət bu şəkildə vaxt udacağını düşünürdü. Siz müzakirə tərəfi olan üç həmsədr ölkənin qarşısına şərt qoymağın nə demək olduğunu təsəvvür edirsinizmi? Bu, yalnız bir fiasko deyil, bu ölkələrə qarşı hörmətsiz bir münasibət demək idi.

Amma bizim dövrümüzdə məsələlər başqa cür idi. Biz nə təhvil verəcəyimizi heç vaxt müzakirə etməmişik. Əksinə, hər zaman nə əldə edəcəyimizi müzakirə edirdik”.

Danışıqlar prosesinin 2018-ci ildə artıq çıxılmaz vəziyyətə gəldiyi iddiasına toxunan Serj Sarkisyan bunu təkzib edərək deyib:

“Aprel müharibəsi (2016-cı ildə – red.) Rusiyanın vasitəçiliyi ilə dayandırıldı, çünki döyüş əməliyyatları zamanı Azərbaycan güclü itkilərə məruz qalan əks-hücumla qarşılaşdı və buna görə də danışıqlar masasında oturmaq məcburiyyətində qaldı. Bu barədə avqust ayında keçirdiyim mətbuat konfransında ətraflı danışdım. Yeni atəşkəs müqaviləsi imzalamağımız gözlənilirdi, amma yox dedik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Fətəliyev Rafael
    Fevral 18, 2021 - 16:28

    Sarkisyan Serj sən şərəfsiz alçaq qanıçən canisən səni bütün dünya lənətləyir sən ölümə məhkumsan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*