Azərbaycan əcnəbi turist üçün “dəridən-qabıqdan çıxır”, Barselonada isə… – FOTOLARbackend

Azərbaycan əcnəbi turist üçün "dəridən-qabıqdan çıxır", Barselonada isə - FOTOLAR

31 yaşlı ekvadorlu bir yaşlı turist uşağı sillələyib.

KONKRET.az xəbər verir ki, Barselonanın məşhur Montjuic təpəsində turistlərin sıx olduğu ərazidə xoşəgəlməz hadisə baş verib. 31 yaşlı ekvadorlunun bir yaşlı turist qızı sillələməsi anı kameraya düşüb və sürətlə sosial mediada yayılıb.

Barselona'da 1 yaşındaki kız çocuğunu tokatlayan adam gözaltına alındı

Kadrlarda kişinin əvvəlcə uşağı qorxutduğu, daha sonra isə balaca qızın üzünə bərk sillə vurduğu görünür. Uşağın ailəsi dərhal işə qarışaraq qızını qorumağı bacarıb. Polis kiçik qızın yüngül xəsarət aldığını və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını açıqlayıb.

Barselona'da 1 yaşındaki kız çocuğunu tokatlayan adam gözaltına alındı

Hücumçu bazar günü eyni həftə sonu daha iki nəfərə hücum etdiyi iddiası ilə həbs edilib. Şübhəli çərşənbə axşamı məhkəməyə çıxarılacaq.

Bu hadisə İspaniyanın Barselona və digər turizm bölgələrində turizm əleyhinə etirazların artması ilə üst-üstə düşüb. Şəhərdəki mənzil böhranı, kirayələrin artması və yerli əhalinin həyat keyfiyyətinin aşağı düşməsi turizmə qarşı reaksiyaları artırır.

Barselona'da 1 yaşındaki kız çocuğunu tokatlayan adam gözaltına alındı

Bu problemləri həll etmək üçün Barselona meri Jaume Collboni 2028-ci ilə qədər bütün qısamüddətli kirayələri ləğv etmək planını açıqlayıb. Bununla belə, yerli əhali turizmin mənfi təsirləri ilə mübarizə üçün daha çox tədbirlərin görülməli olduğunu düşünür.

Barselona'da 1 yaşındaki kız çocuğunu tokatlayan adam gözaltına alındı

Bu hadisə onu göstərir ki, Barselona turizm siyasətinə və təhlükəsizlik tədbirlərinə yenidən baxmalıdır. Şəhər hökuməti turizmin iqtisadi faydalarını yerli əhalinin ehtiyacları ilə tarazlaşdırmaqda çətin sınaq qarşısındadır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*