Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazandıbackend

Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazandı

Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Milli üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.

Qeyd edək ki, yarışa sentyabrın 29-da yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*