Azərbaycan heç bir müharibəyə hazırlaşmır və ermənilərin iddiası siyasi riyakarlıqdır – Politoloqdan açıqlamabackend

Azərbaycan heç bir müharibəyə hazırlaşmır və ermənilərin iddiası siyasi riyakarlıqdır - Politoloqdan açıqlama

Son vaxtlar Ermənistan mətbuatında  Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı xəbərlər tirajlanır. Hər gün müraciət edilən bu mövzu ölkəmizin imicinə zərbə vurmağa hesablanıb. Bununla da ermənilər sülh müqaviləsini ləngitməyə və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməyə çalışırlar.

Məsələylə bağlı KONKRET.az-ın sullarını cavablandıran politoloq Tural İsmayılov bildirib ki, Ermənistan bununla təcavüzə məruz qalması çağırışını edir: “Ermənistan COP29 ərəfəsi Azərbaycana qarşı informasiya savaşı açıb. Bir dövlətə yaraşmayan üsullardan, qaydalardan istifadə edərək Azərbaycanın əleyhinə kampaniya aparır. Dezinformasiyalar və təxribatçı hücumların sayı isə günü-gündən çoxalır.

Tural İsmayılov: “Azərbaycan öz əraziləri ilə bağlı hansısa beynəlxalq  təşkilatların rəyini nəzərə alacaq bir ölkə deyil” - Busaat.az

Ermənistan  beynəlxalq erməni şəbəkələrinin fəaliyyətlərindən fəal istifadə edir. Azərbaycan sülh istəyən tərəfdir və sabitliyin əldə edilməsi üçün dəfələrlə Ermənistana çağırış edib. Amma bütün bunlara rəğmən Ermənistan Azərbaycanı müharibəyönlü  ölkə kimi təqdim etməyə çalışır. Ona görə də Ermənistanda  həm hakim komanda, həm də revanşistlər və müxalifətdə olanların hamısı bir ağızdan Azərbaycan əleyhinə müharibə ritorikası ilə dezinformasiyalar yayırlar. Halbuki bu gün ağır hücum silahları ilə silahlandırılan Ermənistandır.  Digər  tərəfdən Ermənistanın bu gün dövlət olaraq iradəsi çatmır ki, Zəngəzur dəhlizinin açılmasıyla bağlı ortaya hər hansı mövqe qoysun. Bu gün Ermənistan rəhbərliyi xarici güc faktorlarının əlində oyuncağa çevrilib. Ona görə də hansısa qərarları verə bilmir və mütləq şəkildə xarici ölkələrdən gələn çağırışlara qulaq asır. Eyni zamanda Zəngəzur dəhlizinin əngəlləyən tərəflər var. Bunların  önündə  İran və Fransa kimi ölkələr dayanır.  Amma bütün bu cəhdlərə rəğmən Zəngəzur dəhlizi əvvəl axır açılacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*