Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasından 30 il keçirbackend

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasından 30 il keçir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasından 30 il keçir. Təşkilat ötən müddətdə səmərəli fəaliyyət göstərib və əhalinin əmək hüquqlarının qorunması istiqamətində müvafiq işlər görüb.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə fevralın 7-də keçirilən tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O bildirib ki, Həmkarlar İttifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiə edən AHİK-in 20 Yanvar və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, həssas qrupdan olan digər insanların müdafiəsinin diqqətdə saxlanıldığını vurğulayıb. Qeyd edib ki, şəhid ailələrinin övladları 18 yaşınadək təşkilat tərəfindən himayəyə götürülüb.

AHİK-də Gənclər Şurasının fəaliyyət göstərdiyini qeyd edən sədr fəal gənclərin mükafatlandırıldığını bildirib, maddi imkanı aşağı olan tələbə-gənclərə kömək göstərildiyini deyib.//AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*