“Azərbaycan hərbçilərinin iştirakı ilə demarkasiya prosesi hüquq pozuntusuna səbəb olacaq” – Tatoyan SƏRSƏMLƏDİbackend

“Azərbaycan hərbçilərinin iştirakı ilə demarkasiya prosesi hüquq pozuntusuna səbəb olacaq” – Tatoyan SƏRSƏMLƏDİ

“Azərbaycan hərbçilərinin iştirakı ilə sərhədlərin demarkasiyası yeni  hüquq pozuntularına səbəb olacaq”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki,  bu cür sərsəm və əsassız açıqlama ilə Ermənistanın Ombudsmanı Arman Tatoyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı Böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib. Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

Tatoyan öz erməni xislətinə və millətinin mənsub olduğu hiyləgərliyə sadiq qalaraq, nümayəndə heyətinə müharibədən sonrakı dövrdə guya Azərbaycanın sərhəd yaşayış məntəqələrində erməni sakinlərinin hüquqlarını pozduğunu deyib.

O, sərhədlərin delimitasiya və demarkasiya prosesinin yalnız hərbi-siyasi baxımdan nəzərdən keçirilməsinin səhv olduğunu, insan hüquqlarının arxa plana atıldığını vurğulayıb.

Görünən odur ki, Ermənistan tərəfi hər vasitə ilə sərhədlərin demarkasiyası prosesindən yayınmağa, məsələni beynəlxalq səviyyəyə çıxarmağa və rəsmi irəvanı “yazıq və hüquqları tapdalanmış” formada təqdim etməyə çalışır. Lakin  Ermənistan bir şeyi unudur ki, Azərbaycan heç zaman öz sərhədlərinin müəyyənləşdirilməsindən və ərazi bütövlüyünün tam təmin olunmasından vaz keçməyəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*