ABŞ prezidenti Donald Trampın 2017-ci il inaqurasiyasında ona xeyir-dua vermiş ravvin Marvin Hier, Simon Vizental Mərkəzinin təsisçisi və dekanı kimi çıxış edərək İbrahim Sazişlərinin genişləndirilməsi və Azərbaycanın da bu təşəbbüsə daxil edilməsi çağırışı ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.
Ravvin Hier bildirib ki, Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun yaxın zamanda Ağ Evdə keçirəcəyi görüş İranın qarşısını almaq və daha çox müsəlman ölkəsinin əməkdaşlığa cəlb olunması üçün fenomenal fürsət yaradır:
“Bakı regionda əsas strateji müttəfiqə çevrilə bilər. ABŞ bu fürsəti dəyərləndirməli və Azərbaycanı Sülh Sazişlərinə daxil etməlidir”, – deyə ravvin Marvin Hier qeyd edib.
Xatırladaq ki, Abraham Sazişləri 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasında diplomatik münasibətlərin normallaşdırılması məqsədilə imzalanmışdı.
Natiq Səlim,
KONKRET.az