Azərbaycan idmançıları Ermənistana getmək istəyirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan məlumat verib.
O bildirilib ki, Ermənistan aprelin 15-23-də İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün altı azərbaycanlı idmançıdan ilkin ərizə alıb.
Xuraman Etibarlı,
KONKRET.az