Azərbaycan idmançısı Qran-pridə medal qazandıbackend

Azərbaycan idmançısı Qran-pridə medal qazandı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, 23 yaşlı idmançı 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışında fərqlənib.

Bu, Lunyovun son bir həftədə ikinci medalıdır. Gənc atıcı yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*