Azərbaycan İsraildəki yanğınlarla mübarizəyə kömək göstərməyə hazır olduğunu bildiribbackend

Azərbaycan İsraildəki yanğınlarla mübarizəyə kömək göstərməyə hazır olduğunu bildirib

Azərbaycan İsraildəki yanğınlarla mübarizəyə kömək göstərməyə hazır olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də bildirib.

“İsraildəki dağıdıcı yanğınları yaxından narahatlıqla izləyirik. Azərbaycan, lazım gələrsə, təcili yardım göstərməyə və ölkəyə yanğın söndürmə səylərində kömək etməyə hazırdır”, – deyə XİN-in paylaşımında qeyd olunub.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkəsindəki yanğınla mübarizəyə Azərbaycanın kömək təklifi üçün təşəkkürünü bildirib.

Səfir bu barədə “Twitter”də paylaşım edib.

“Həmrəylik və dostluq üçün təşəkkürlər, Azərbaycan!”, – deyə səfir yazıb.

Qeyd edək ki, artıq üçüncü gündür, İsrail yanğınsöndürmə və xilasetmə qrupları Yerusəlimin (Qüds) qərbində böyük meşə sahəsini və təpələri əhatə edən, ətrafdakı yaşayış məntəqələrinə də təhlükə yaradan yanğınlarla mübarizə aparır.

İsrailin Yanğınla Mübarizə və Xilasetmə Xidməti bildirib ki, ən azı 17 000 hektar ərazi yanıb. Yanğınla mübarizəyə 110 yanğınsöndürmə qrupu, 10 təyyarə cəlb olunub. Bunun ölkə tarixinin ən böyük meşə yanğınlarından biri olduğu bildirilir.

İsrail XİN bildirib ki, hava dəstəyi üçün Yunanıstan, Kipr, İtaliya, Fransa və digər ölkələrə müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*