“Azərbaycan kəşfiyyat peyki alanda, bizimkilər adalarda torpaq sahələri əldə edirdi”backend

Azərbaycan kəşfiyyat peyki alanda, bizimkilər adalarda torpaq sahələri əldə edirdi”

“Azərbaycan kəşfiyyat peyki alanda, Ermənistan rəhbərliyi yunan adalarında torpaq sahələri əldə edirdi”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib.

Paşinyan vurğulayıb ki, infrastruktur inkişafının payına görə Ermənistan Azərbaycandan 10 dəfə geri qalır. Baş nazir deyib ki, Ermənistanda hərbi sənaye sistemi 2016-cı ilin aprelindən sonra formalaşmağa başlayıb. Həmin ərəfədə bu ölkə Azərbaycandan 11 il geri qalmışdı.

Nikol Paşinyan daha sonra bildirib:

“2017-ci ildə Azərbaycanın iki peyk var idi ki, bunlardan biri də kəşfiyyat idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı. Ermənistan hakimiyyətinin rəsmiləri isə Avropada, mümkün qədər Yunan adalarında torpaq sahələri əldə edirdilər. O dövrdə dövlətin institusional strukturu bir mafiya quruluşuna çevrilmişdi. Bu mafiya quruluşları məhkəmə sistemlərindən tutmuş hər sahədə, o cümlədən Silahlı Qüvvələrdə də yuva salmışdı. Bu baxımdan biz 20 illik xəyanətə, 20 illik təslimə qarşı mübarizə apardığımızı bildirməliyik. Ancaq bu mafioz qüvvələr müharibənin özündə belə, xəyanətlərini gizlətmək üçün bizə mümkün qədər yüksək səslə “xain” deyə qışqıraraq öz məğlubiyyətlərini müdafiə etməyə çalışdılar, diqqətlərini “kapitulyasiya” edənlərə – bizə kapitulyant deməklə bizə doğru cəmləməyə çalışdılar. Əslində əsl kapitulyant sizsiniz və daha çox xainsiniz. Onlar 20 ildir Ermənistanı idarə etmədilər, bu ölkəni qarət edən elitaya çevrildilər. Hər gün sizin təslim olmağınıza və xəyanətlərinizə qarşı ölümünə mübarizə apardıq. Bu yüksək kürsüdən azadlıq naminə mübarizəmizi davam etdirəcəyimizi, güclü və xoşbəxt bir Ermənistan quracağımızı bir daha elan etmək istəyirəm”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*