Azərbaycan MDB ölkələrinə ixracını artırıbbackend

Azərbaycan MDB ölkələrinə ixracını artırıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 192 milyon dollarlıq məhsul ixrac edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyard 86 milyon dollar səviyyəsində olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Hesabat dövründə ixracat artımı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9,7 faiz təşkil edib. Beləliklə, MDB ölkələrinin Azərbaycanın ümumi ixracatındakı payı 5,94 faizdən 9,13 faizədək artıb.

Azərbaycanla MDB ölkələri arasında xarici ticarət əməliyyatlarının həcmi 3,98 milyard dollar təşkil edib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 11 faiz azdır. MDB ölkələrinin Azərbaycana illik idxalatı 3 milyard 94 milyon dollardan 2 milyard 493 milyon dollara enib.

Hesabat dövründə Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin mənfi saldosu 1 milyard 301 milyon dollar təşkil edib. Ümumiyyətlə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22,746 milyard dollar olub ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 25,8 faiz azdır. Xarici ticarət dövriyyəsinin illik balans nisbətində saldosu yüzdə 42.9 azalıb. Lakin 3.375 milyard ABŞ dolları səviyyəsində müsbət olaraq qalıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*