Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcəkbackend

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

KONKRET.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Yoldaşlıq oyunu

20 noyabr

17:00. Şimali Makedoniya – Azəraycan

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*