Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazandıbackend

Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı altıncı sınağında Monteneqro yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da oynanılan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 24-cü dəqiqədə Ayşən Əhmədova vurub.

Qeyd edək ki, hazırda Azərbaycan seçməsi 3 xalla sonuncu – 6-cı, Monteneqro isə 9 xalla 3-cüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*