Azərbaycan millisinin Belçika ilə oyun ərəfəsində son məşqinin vaxtı müəyyənləşdibackend

Azərbaycan millisinin Belçika ilə oyun ərəfəsində son məşqinin vaxtı müəyyənləşdi

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəyi oyun ərəfəsində son məşqinin vaxtı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, yığma bu gün Bakı vaxtı ilə saat 21:00-da “Edmond Machtens” stadionunda məşqə çıxacaq.

Bundan yarım saat əvvəl baş məşqçi Canni De Byazinin mətbuat konfransı təşkil olunacaq.

Meydan sahibləri isə son hazırlıqlarını Bakı vaxtı ilə saat 13:00-da keçirəcəklər. İki saat sonra isə baş məşqçi Domeniko Tedesko media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, noyabrın 19-da Brüssel şəhərindəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*