Azərbaycan – Moldova matçının hakimləri müəyyənləşdibackend

Azərbaycan – Moldova matçının hakimləri müəyyənləşdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 24-də “Şamaxı” və 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

KONKRET.az AFFA-ya istinadla xəbər verir ki, millimizin “Şamaxı” ilə oyunu Əli Əliyevə tapşırılıb. Ona Cəmil Quliyev və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

Azərbaycan – Moldova matçında baş hakim Cavid Cəlilova Rahil Ramazanov və Müslüm Əliyev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Kamran Əliyev olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*