Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olundubackend

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olundu

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə NATO Baş katibinin meydana çıxan təhlükəsizlik təhdidləri məsələləri üzrə müavinin köməkçisi Ceyms Appaturayla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “Twitter“də bildirib.

“Biz Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kibertəhlükəsizlik, hibrid təhlükələr, eyni zamanda, kritik enerji infrastrukturlarının qorunması ilə bağlı səmərəli müzakirələr apardıq”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*