Azərbaycan niyə indiyədək genişmiqyaslı antiterror əməliyyatı keçirərək separatçıları Qarabağdan çıxarmır? – İLGİNC SƏBƏBLƏRbackend

Azərbaycan niyə indiyədək genişmiqyaslı antiterror əməliyyatı keçirərək separatçıları Qarabağdan çıxarmır? - İLGİNC SƏBƏBLƏR

                      Samir Hümbətov

“Biz ermənilərin əfvə sığınacağını gözləyirik. Əgər nəticə olmasa, irimiqyaslı antiterror əməliyyatları keçiriləcək. Bu, bizim üçün heç də çətin deyil. Çünki qarşımızda dayana biləcək heç bir potensial qüvvə yoxdur”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, Azərbaycan artıq bir neçə dəfə “Qisas” əməliyyatı keçirib: “Görünən odur ki, separatçılar və ona dəstək verən güclər hələ təxribatları dayandırmaq niyyətində deyillər. Separtçılar elə bilirlər ki, Rusiya sülhməramlıları uzun müddət Qarabağda olacaqlar və onlar da istədiklərini edə biləcəklər. Amma 10 noyabr müqaviləsinin vaxtı 2025-ci ildə bitir. Azərbaycanın bu müqaviləni uzatmaq istəmədiyi göz qabağındadır. Belə olan təqdirdə sülhməramlılar Qarabağdan çıxarılacaqlar və separatçıların arxalanacağı heç bir qüvvə qalmayacaq. Digər tərəfdən, Azərbaycan istəsə, Qarabağda hər an genişmiqyaslı antiterror əməliyyatlarına başlaya bilər. Amm önəmli olan ermənilərin könüllü şəkildə terrorçuları Azərbaycana təhvil verməsidir. Biz ermənilərin əfvə sığınacağını gözləyirik. Əgər nəticə olmasa, irimiqyaslı antiterror əməliyyatları keçiriləcək. Bu, bizim üçün heç də çətin deyil. Çünki qarşımızda dayana biləcək heç bir potensial qüvvə yoxdur”.

Politoloqun sözlərinə görə, Xocalı, Xocavənd, Xankəndi və digər ərazilərə Azərbaycan bu və ya digər formada nəzarət edir: “Bizim hərbçilərimiz orada müşahidələr aparır, müxtəlif məsələlərə nəzarət edir. Amma deyilənlər nəticə verməsə, rəsmi Bakı tədbir görəcək. Belə olan halda həmin ərazilərə nəzarətin tam bərpası məsələsi həyata keçiriləcək tədbirlərin tərkibinə qatılacaq. O ərazilərdə onsuz da çoxlu sayda erməni yaşamır. Azərbaycan tərəfi ermənilərin orada yaşamasına etiraz etmir. Ona görə də, biz həmin əraziləri tam nəzarətə götürəndə dəyişən heç nə olmayacaq. Qanunlarımıza tabe olan ermənilər orada yaşamağa davam edəcəklər. Odur ki, lazım olan anda Azərbaycan ordusu öz qüdrətini bir daha nümayiş etdirəcək. Amma hələlik beynəlxalq və regional şərait məsələnin sülh yolu ilə həllini ehtiva edir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*