“Azərbaycan Ordusunu, Ermənistanın Baş naziri isə maşınlarını artırır” – Tevanyanbackend

"Azərbaycan Ordusunu, Ermənistanın Baş naziri isə maşınlarını artırır" - Tevanyan

“Azərbaycan Ordusunu, Ermənistanın Baş naziri isə kortejini artırır”.

KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan parlamentdə çıxışı zamanı deyib.

“Çox simvolik və təzadlı hadisələrin şahidi oluruq.

Azərbaycan və Ermənistanda demək olar ki, eyni vaxtda kütləvi tədbirlər keçirilir. Azərbaycanda Ermənistana və bizə dost olan İrana qarşı
Ermənistanın hərbi təlimlər, İrəvanda isə “Junior Eurovision” və atəşfəşanlıq keçirilir.

Uşaqlarımızın xoşbəxt olmasını istəyirəm. Ermənistanda belə müsabiqənin keçirilməsi yaxşı haldır, amma hər şey ölçülü və zövqlə edilməlidir.

Xalqımız mövcud reallığı düzgün dərk etməlidir ki, analar övladlarının meyitlərinin yeni partiyalarını almasınlar.

Azərbaycanlılar Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bir neçə saat bağladılar. İrəvan şəhər hakimiyyəti də öz növbəsində bayram işıqları çəkmək və hökumət binasının divarlarını vəhşicəsinə qazaraq Yeni ilə hazırlaşmaq üçün paytaxtın mərkəzi küçələrini bir neçə saatlıq bağlayıb.

Azərbaycan Ordusunu, Ermənistanın Baş naziri isə insanların tez-tez həyatını və ya sağlamlığını itirdiyi kortejini artırır.

Azərbaycan silah alır. Ermənistan hökuməti qürurlu vətəndaşların sayıqlığını azaltmaq, yolka bəzəmək və insanları karnaval reallığı ilə tanış etmək üçün külli miqdarda vəsait xərcləyir”, – deyə deputat bildirib.

Hakimiyyət nə qədər talandan danışırsa, bir o qədər də vətəndaşları talayır.

Oliqarxlara qarşı mübarizə harda qalıb? Niyə qiymətlər aşağı düşmür? Doğrudan da, əvvəllər qiymət artımının indi, guya, ləğv olunduğu inhisarlarla bağlı olduğu bildirilirdi.

2018-ci ildə insanlar bu səbəbdən küçələrə çıxdılar? Sual ritorikdir”, – deyə Tevanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*