“Erməni hakimiyyəti bizim gələcəyimizin bizim iştirakımız olmadan həll olunmasında problem görmür”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində azərbaycanşünas Armine Adibekyan deyib.
“Sadəcə, Azərbaycan öz problemlərini tədricən həll edir. Gorus-Xankəndi avtomobil yolunun bağlanması yaxınlıqdakı qızıl mədəni ilə bağlıdır. Çünki Azərbaycan öz ərazisindən, necə deyərlər, qiymətli metalların ixracını qəbuledilməz hesab edir. Qarabağın öz gəlir mənbəyi var. Yəni, Qarabağ öz gəlirindən məhrum ola bilər”, – deyə Adibekyan bildirib.
Onun sözlərinə görə, bu iki il ərzində Ermənistan hakimiyyəti ordunu gücləndirmək üçün heç bir iş görməyib, gələcəyimizin bizim iştirakımız olmadan həll olunması onlar üçün də normaldır.
Xuraman Etibarlı,
KONKRET.az