Azərbaycan Premyer Liqası: “Səbail” “Şamaxı”nı məğlub etdibackend

Azərbaycan Premyer Liqası: "Səbail" "Şamaxı"nı məğlub etdi

Azərbaycan Premyer Liqasında “Səbail” “Şamaxı”nı məğlub edib.

KONKRET.az xəbər verir ki, IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran “Səbail” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Şamaxı” isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, turun açılış matçında “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə məğlub edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*