Bakı və Abşeronun bu əraziləri Sumqayıta verilirbackend

Bakı və Abşeronun bu əraziləri Sumqayıta verilir

Bakının Binəqədi rayonunun, həmçinin Abşeronun bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə daxil edilməsindən xeyli vaxt ötür.

Maraqlıdır, bəs bu müddətdə həmin ərazilərdə nə dəyişib? Sözügedən ərazilərdə xüsusilə, daşınmaz əmlak və kirayə qiymətlərində dəyişiklik varmı?

Rieltorlar deyirlər ki, son vaxtlar sözügedən ərazilərdə böyük torpaq sahələri alanların sayı azalıb.

Rieltorların sözlərinə görə, daşınmaz əmlak bazarında müşahidə olunan dəyişiklik bu ərazilərdən də yan keçməyib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə “Xəzərə Xəbər”ə açıqlamasında deyib ki, Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeronun sərhədləri müəyyənləşdiriləndən sonra sənədləşmə və texniki işlər baxımından sakinlərin işi xeyli asanlaşıb.

Eyvaz Qocayev vurğulayıb ki, qanunun qəbulundan sonra ərazilərin xəritəsi dəqiqləşdirilib. Xidmət sahələri də əvəlki kimi Sumqayıtla bağlıdır./Xezerxeber.az

KONKRET.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*