Azərbaycan Premyer Liqası: “Zirə” “Turan Tovuz”a qalib gəldibackend

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, turun son oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 74-cü dəqiqədə “qartallar”dan Filipe Paxtman açıb. 84-cü dəqiqədə paytaxt təmsilçisi rəqibi ikinci dəfə məyus edib. Qonaqların qapıçısı Kamal Bayramov topu öz qapısından keçirib. Son nöqtəni isə 86-cı dəqiqədə Tovuz klubundan Ayxan Hüseynov qoyub.

Bu qələbə ilə xallarını 26-ya çatdıran “qartallar” yenidən 4-cü pilləyə yüksəlib. 16 xalı olan “Turan Tovuz” isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1, “Sumqayıt” “Kəpəz”i 1:0 hesabı ilə üstələyib, “Şamaxı” isə Bakıda “Sabah”la heç-heçə edib – 1:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*