Ukrayna Prezidenti azərbaycanlı jurnalistin suallarını cavablandırıb.
KONKRET.az xəbər verir ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski metro stansiyalarının birində mətbuat konfransı keçirib. Azərbaycanlı jurnalistinin də suallarına cavab verən Zelenski deyib:
“Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”.
Prezident Azərbaycana xüsusi rəğbətini vurğulayıb.
Daha sonra dövlət başçısı deyib ki, rəsmi Bakı indiyədək Ukraynaya humanitar və tibbi yardımlar göndərib, silah isə yox, çünki onun özünün problemi var.
“Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlaşılandır, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.
Azərbaycanla yanaşı Türkiyə ilə də yaxşı münasibətlərin olduğunu qeyd edən Zelenski Türkiyənin danışıqlardakı rolunu, göstərdiyi səyləri dəyərləndirib.
“Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini nümayiş etdirir. Türkiyə açıq-aydın bəyan edir ki, təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq”.
Zelenski jurnalistin “Bayraktar” barədə sualına xüsusi intonasiya ilə cavab verib və bu, jurnalistlərdə təbəssüm yaradıb.
Xuraman Etibarlı,
KONKRET.az