“Azərbaycan, Qazaxıstan, Çeçenistan. Putinin imperiyası dağılırmı?” – “BİLD”backend

"Azərbaycan, Qazaxıstan, Çeçenistan. Putinin imperiyası dağılırmı?" - "BİLD"

“Rusiyanın cənub sərhədlərində baş verən hərbi münaqişələr ölkənin tezliklə dağılacağına işarədir”.

KONKRET.az xəbər verir ki bunu “Bild” nəşri yazıb. Nəşrin “Azərbaycan, Qazaxıstan, Çeçenistan. Putinin imperiyası dağılırmı?” adlı məqaləsində Rusiyanın tezliklə parçalanmasına işarə vurulub.

Nəşrin məlumatına görə, almanlar Azərbaycan-Ermənistan və Qırğızıstan-Tacikistan döyüşləri ilə yanaşı Çeçenistanda da xüsusi təhlükə olduğunu görürlər.

“Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov Putinə sadiqdir. Lakin Rusiyanın Ukraynaya hücumunun fəlakətli nəticələri onun hakimiyyətini təhdid edə bilər.

Rusiya qoşunlarının məğlubiyyətindən sonra döyüş sınaqlarından keçmiş veteranlar Çeçenistana qayıda və Kadırovun hakimiyyətinə meydan oxuya bilərlər”, – deyə nəşr yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*