Azərbaycan Qran-prisində ard-arda qəza – FOTObackend

Azərbaycan Qran-prisində ard-arda qəza - FOTO

Formula-1 üzrə Azərbaycan Qran-prisində növbəti qəzalar baş verib.

KONKRET.az xəbər verir ki, “Aston Martin”in pilotu Lens Stroll sıralama turunun 15-ci döngəsində təhlükəsizlik maneəsinə çırpılıb.

Daha sonra onun təkərində problem aşkarlanıb və qırmızı bayraq qaldırılıb. Nəticədə yarış müvəqqəti dayanmalı olub.

Bundan başqa, “Alfa Romeo” pilotu Antonio Covinatsi də sıralama turunda qəza törədib.

O, bolidin idarəetməsini itirib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış ikinci dəfə müvəqqəti dayanmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*