backend

Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi məlum oldu

“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

KONKRET.az-ın məlumatına görə, “Alpha Tauri”nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq birinci olub.

“Red Bull” pilotu Serxio Peres ikinci, “Mercedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə üçüncü olub.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə “Formula 2″də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2″də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*