Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşəcəyi vaxt AÇIQLANDIbackend

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşəcəyi vaxt AÇIQLANDI

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

KONKRET.az  xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək. Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq. /report/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*