Azərbaycan ŞKTC-nin müstəqilliyini tanıya bilər – RƏYbackend

Azərbaycan ŞKTC-nin müstəqilliyini tanıya bilər - RƏY

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) dünya ölkələri tərəfindən tanınmasına çağırış edib. Qərb dövlətləri məhz Türkiyəyə təyziq etmək üçün ŞKTC-ni tanımır. Baxmayaraq ki, Türkiyə isə Qərblə birgə Makedoniyanın müstəqilliyini tanıyıb”.

KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullayev deyib.

Ekspert qeyd edib ki, ŞKTC rəhbərliyi Türkiyənin tərkibinə qatılmaqda maraqlıdır:

“ŞKTC rəhbərliyi Türkiyənin tərkibinə qatılmaq və federasiya kimi idarə olunmaqda maraqlıdır. Amma Ərdoğan bu ideyanı qəbul etmədi. Çünki Türkiyə unitar respublikadir. Federasiya quruluşunun tətbiq etməsi, bu ölkənin suverenliyini və təhlükəsizliyini təhdid edə bilər. Türk dövlətləri Ərdoğanın çağırışına qoşulmalıdır. Azərbaycan ŞKTC-ni Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi qəbul edilməsinə nail olub. Ölkəmiz ŞTKC prezidentini rəsmi səviyyədə qəbul edərək, Türk Dövlətləri Təşkilatının konfransında iştirakını təmin edib. Azərbaycanın sözügedən ölkənin tanıması istiqamətdə heç bir siyasi və hüquqi problemi yoxdur. Bu gün Yunanıstan Ermənistanla hərbi əməkdaşlıq edir, bu ölkənin silahlanmasına kömək edir. Ona görə də Yunanıstanın bununla bağlı mövqeyi bizim üçün əhəmiyyət kəsb etməməlidir”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra ölkəmiz ŞKTC-nin müstəqilliyini tanıya bilər:

“Azərbaycan Qarabağ münaqişəsini həll edib. Ermənistan ərazi bütövlüyümüzü tanıyıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra rəsmi Bakı ŞKTC-nin müstəqilliyini tanınması istiqamətində addımlar atmalıdır. Bundan sonra digər Türk ölkələri – Qazaxıstan, Özbəkistan və Qırğızıstan da eyni analoji addımı ata bilər. Təbii ki, Türkmənistanın da bu prosesə qoşulması mümkündür. Türkiyənin güclənməsi və Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılması üçün Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması zəruridir”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*