“Azərbaycan tərəfinin Drombon və Kaşen mədənlərinin ərazisinə girişi bloklanıb” – Qondarma qurumbackend

"Azərbaycan tərəfinin Drombon və Kaşen mədənlərinin ərazisinə girişi bloklanıb" - Qondarma qurum

Azərbaycan tərəfinin Ağdərədə Drombon və Kaşen mədənlərinin ərazisinə girişi bloklanıb.

KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumun “informasiya mərkəzi” məlumat yayıb.

“Dekabrın 10-da Azərbaycan tərəfi Rusiya Federasiyasının Qarabağda yerləşən sülhməramlı qoşunlarının komandanlığına Ağdərə rayonunun mədənlərinə baş çəkmək üçün məktubu əsas gətirərək monitorinq keçirməyi planlaşdırıb.

Sülhməramlı qoşunların komandanlığı, rəhbərlərinin göstərişi ilə yuxarıdakı mədənlərə birdəfəlik baş çəkməyə icazə verib.

Təklif olunan planın Qarabağın “hakimiyyət orqanları” və mədənləri işlədən təşkilatla razılaşdırılmadığını nəzərə alaraq, mədən təşkilatının işçiləri və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri kortəbii olaraq sözügedən qrupun əraziyə daxil olmasını əngəlləyiblər.

Vəziyyəti həll etmək üçün Qarabağın “hakimiyyət” nümayəndələri görüş yerinə yola düşüblər. Danışıqlar nəticəsində mədənlərə planlaşdırılan səfərin dayandırılması və əlavə müzakirələrdən sonra məsələnin həlli qərara alınıb.

Qarabağ vətəndaşlarını təsdiqlənməmiş xəbərləri yaymaqdan çəkinməyə və yalnız “rəsmi” məlumatlara əməl etməyə çağırırıq.

Sizi əmin edirik ki, “hakimiyyət” lazımsız gərginliyin qarşısını almaq və Qarabağın “qanunvericiliyinə” uyğun olaraq məsələləri həll etmək üçün bütün addımları atır”, – mesajda deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*