Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir?backend

Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir?

Erməni mediası Azərbaycanın Ukraynaya guya silah göndərməsi barədə apardığı təbliğatı daha da genişləndirib. Bu dəfə Britaniyanın “Deyli Ekspress” qəzetinə, “Putin üçün fəlakət: yaxın müttəfiqi qırıcı təyyarələri Ukraynaya sataraq Rusiyadan qisas alır” başlıqlı məqaləyə istinad ediblər.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, sülh danışıqlarının sürətləndiyi və bütün informasiyaların bu yöndə olduğu bir məqamda nəşr gözlənilmədən belə bir məqalə yaymağı nədənsə “lazım” bilib, iddia edib ki, Azərbaycan Ukraynaya gizli şəkildə qırıcı təyyarə qaz satır.

“Azərbaycan Rusiyanı qıcıqlandırmaq üçün Ukraynaya Türkiyə, Sudan və Almaniya üzərindən keçən gizli logistika zənciri vasitəsilə Su-22 qırıcı təyyarələri göndərir”, – nəşr yazıb.

İddianın absurdluğu ondadır ki, Azərbaycanın arsenalında heç vaxt Su-22 qırıcısı olmayıb. Belə ki, Azərbaycan HHQ arsenalında “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-29, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-8, Mi-24, Mi-35M markalı təyyarə-helikopterlər, o cümlədən PUA-lar var və yaxud olub.

Son dövrlər isə Azərbaycan Hərbi Gava Qüvvələri Pakistandan alınan qırıcılarla (JF-17C Thunder Block 3) gücləndirilib. O cümlədən 2017-ci ildən etibarən Pakistandan təlim məqsədilə “Super Muşşak” təyyarələri, 2024-cü ildə İtaliyadan Alenia C-27J Spartan hərbi nəqliyyat təyyarəsi alınıb.

Sözügedən mövzuyla bağlı hərbi ekspert Üzeyir Cəfərov da saytımıza açıqlamasında bildirib ki, Azərbaycan Ukraynaya Su-22 qırıcısı vermir və verə də bilməz:

“Olmayan şeyi Azərbaycan Ukraynaya necə verə bilər? Təlimlərdə belə biz bu tipli təyyarələri görməmişik. Biz Ukraynaya yalnız humanitar sahədə yardım etmişik.

Bu gün F-16-ları olan Ukraynanın sovetin, rusun istehsalı olan təyyarələrə nə ehtiyacı var?”

Ekspert xatırladıb ki, Azərbaycana qarşı belə təbliğat ilk dəfə deyil aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*