Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib. Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu.