Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyası göndərib.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında bildirib.
“Növbəti humanitar yük Ukraynaya yola düşür – Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – deyə səfir qeyd edib.