Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər davam edəcəkbackend

Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər davam edəcək

Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin səfərləri qarşılıqlı xarakter daşıyır.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib.

O qeyd edib ki, bu səfərlər sülh mühitinin möhkəmləndirilməsinə yönəlib:

“Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşləri müntəzəm xarakter daşıyacaq. Bu çərçivədə görüşlər həm Ermənistan, həm də Azərbaycanda keçiriləcək”.

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında Tavuş-Qazax hissəsində sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq, fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana səfər edib. Azərbaycan nümayəndələri iki gün Ermənistanda davam edən müzakirələrə qatılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*