“Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü uğurlu olsa da, Rusiyanın…” – Hasan Oktaybackend

"Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü uğurlu olsa da, Rusiyanın..." - Hasan Oktay

Hasan Oktay: Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan sərhəd qapılarının açılması bütün Ermənistan dəhlizə çevirəcək, nəticədə Zəngəzur dəhlizinin və bunun fonunda Rusiya Sülhməramlılarının nəzarətçi funksiyası öz əhəmiyyətini itirəcək.

KONKRET.az xəbər verir ki, Qafqaz Stratejik Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay son günlərdə Azərbaycan-Ermənistan sərhədində yaranan gərginlik ilə bağlı Moderator.az saytına açıqlama verib.

44 günlük müharibə nəticəsində imzalanan 10 noyabr müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi kimi təqdim edilsə də, əsas mübarizənin yeni başladığını söyləmək olar. Bu müqavilənin imzalanmasından bir il keçməsinə baxmayaraq, ondan sonra bir çox problemlər yarandı . Məsələn, Laçın dəhlizi açıq olsa da, Zəngəzur dəhlizi hələ işə düşməyib. Azərbaycan Laçın dəhlizinə nəzarətdə ciddi çətinliklər yaşayır.

44 günlük müharibədən sonra sərhədlərin dəqiq çəkilə bilməməsi və bu problemdən irəli gələn sahədə ciddi problemlər gündəmə yeni bir müharibə gətirə bilər.

10 noyabr sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə münaqişədə olan iki dövlət tərəfindən imzalanması Rusiyanı regionda mühüm dövlətə çevirdi. Sülh Korpusu təcrübələri isə adətən bir neçə dövlət tərəfindən göndərilən əsgərlərdən ibarətdir. Vaxt bitəndə istənilən sülhməramlı dövlət geri çəkilir və digər dövlətlərin regiondan çıxması da bu şəkildə başlayır. İndi Rusiyanın regionda yeganə Sülhməramlı Qüvvə olduğuna görə bölgədən nə vaxt çıxacağı bəlli deyil. Belə olan halda Rusiya Qarabağda qalmaq üçün hər cür təxribata əl atacaq. Bu kontekstdə keçən həftə baş verən toqquşmalar Rusiya Sülhməramlı Qüvvələrinin uzun müddətdə bölgədə qalacağının göstəricisidir.

Hər iki dövlətin rəhbər şəxsləri Brüsseldə planlaşdırılan görüşü uğurla həyata keçirə bilsələr də, Rusiyanın təsirini qırmaq mümkün görünmür. Bundan əlavə, Avropa İttifaqının bu işə cəlb olunmasının Azərbaycana necə fayda verəcəyini də qiymətləndirmək lazımdır. Hazırda İran və Rusiya zaman-zaman münaqişələri alovlandıracaq, çünki onlar Zəngəzur dəhlizin açılmasını istəmirlər. Lakin dəhlizin açıq olmaması və Azərbaycanın hələ də bu dəhlizdə effektiv nəzarət əldə etməməsi, Azərbaycanı Naxçıvana birləşdirəcək dəhlizin dayandırılması istər-istəməz Azərbaycan üçün mənfi hal kimi qiymətləndirilir. Dəhlizin açılmasının yubanması həm Azərbaycanda, həm də Türkiyədə ciddi problemlər yarada bilər. Çünki Türkiyədən baxanda belə bir fikir yaranır ki, Qarabağ münaqişəsi bitib. Son baş verən hadisələr göstərir ki, belə deyil.

Əgər Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqları baş tutarsa, bu zaman regional problemlər Azərbaycanın xeyrinə həll oluna bilər. Bunun üçün ən mühüm başlanğıc nöqtəsi Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan sərhəd qapılarının açılmasıdır. Belə olan halda bütün Ermənistan dəhlizə çevirəcək və Zəngəzur dəhlizinin və bunun fonunda Rusiya Sülhməramlılarının nəzarətçi funksiyası öz əhəmiyyətini itirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*