Azərbaycan və Türkiyənin generalları görüşdü: Hərbi əməkdaşlıq məsələləri müzakirə olundubackend

Azərbaycan və Türkiyənin generalları görüşdü: Hərbi əməkdaşlıq məsələləri müzakirə olundu

Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*