Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərmi? – Yalnız bu halda…backend

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərmi? - Yalnız bu halda...

Son vaxtlar Azərbaycan vətəndaşlarının xaricdə fəaliyyət göstərən banklara müraciət edərək kredit götürmək imkanları ilə bağlı suallar artıb. Xüsusilə, valyuta dəyişiklikləri, fərqli faiz dərəcələri və daha əlverişli şərtlər axtarışı vətəndaşları bu mövzuya yönəldir. Xarici banklardan kredit götürməyin hüquqi tərəfləri və praktik çətinlikləri isə mütəxəssislərin diqqətindədir. Bu səbəbdən məsələni daha aydınlaşdırmaq üçün iqtisadçı ekspert Əkrəm Həsənovun fikirlərini öyrəndik.

Ekspert KONKRET.az-a açıqlamasında bildirib ki, nəzəri baxımdan hər bir azərbaycanlı xaricdə fəaliyyət göstərən banklardan kredit ala bilər:

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk  etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

“Heç bir məhdudiyyət yoxdur. Təbii ki, Azərbaycan vətəndaşları xarici banklardan da kredit götürə bilərlər – əgər həmin banklar krediti verməyə razı olarsa,” – deyə Həsənov qeyd edib.

Lakin o, vurğulayıb ki, praktikada xarici banklar əcnəbi vətəndaşlara kredit verməkdə çox ehtiyatlı davranırlar. Çox vaxt nadir haılarda belə müraciətlərə müsbət cavab verilir:

“Banklar əsasən öz ölkəsində yaşamayan, onların nəzarəti altında olmayan şəxslərə kredit vermək istəmirlər. Qaytarılma riskləri, borclunun axtarışı və digər hüquqi çətinliklər buna təsir edir. Adətən belə hallarda xarici banklar girov, zəmanət və əlavə təminatlar tələb edirlər”.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, qanuni qadağa yoxdur, yalnız bankların öz risk siyasəti bu prosesin çətinləşməsinə səbəb olur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*