Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi necə həyata keçirilir? – RƏSMİ CAVABbackend

Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi necə həyata keçirilir? - RƏSMİ CAVAB

Bir neçə gündür ki, İsrail və İran arasında yaşanan qarşıdurma, ərazilərin qarşılıqlı olaraq bombalanması vəziyyəti kritik həddə çatdırıb. Bununla yanaşı həm İranda, həm də İsraildə olan xarici vətəndaşların həyatı üçün real təhlükə yaranıb. Odur ki, bəzi dövlətlər öz vətəndaşlarını İrandan çıxarmağa çalışırlar.

KONKRET.az xəbər verir ki, Azərbaycan bir çox dövlətlərin xahişini nəzərə alaraq həmin ölkələrin vətəndaşlarının İrandan çıxarılmasına və öz ölkələrinə göndərilməsinə razılıq verib. Hazırda İranda olan xarici vətəndaşların təxliyəsi Azərbaycan-İran sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir.

Lakin bəzi iddialara görə, müəyyən səbəblərdən İrana gedən (müalicəyə və ya turist kimi) və hazırda orada olan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün addım atılmır. Hətta təxliyə üçün İrandakı səfirliyimizdə və Təbrizdəki Baş Konsulluğumuzda yaradılan telefon nömrələrinə cavab verilmədiyi də bildirilir.

Təbii ki, Azərbaycanın digər ölkə vətəndaşlarının təxliyəsinə köməklik göstərməsi humanist addımdır. Ancaq paralel olaraq öz vətəndaşlarımızın təxliyəsi istiqamətində hansı addımların atıldığı cəmiyyətdə maraq doğurur

Yayılan bu iddialarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən KONKRET.az-a bildirilib ki, bu iddiaların heç bir əsası yoxdur:

“Səfirliklərimiz və Baş Konsulluq müvafiq qaydada bütün müraciətlərə baxır”.

Dövlət Sərhəd Xidmətindən isə bildirilib ki, proses Nazirlər Kabinetinin tapşırığı əsasında təmin olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*